Bakıda “Azərbaycan Dəmir Yolları”na məxsus çən yanıb

Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Halllar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyanın ərazisində transformatorun yanar hissələri və tutumu 40 ton olan yağla dolu çən yanıb.

Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: