Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var – FOTO

Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var.

Bu barədə Millətin Səsi.az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, aeroport yolunda istiqamətdə olan betonqarışdıran maşın idarəetmədən çıxaraq “Opel” markalı avtomobilin üzərinə aşıb: “Nəticədə “Opel”də olan şəxslər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları, təcili tibbi yardım briqadası cəlb olunub. Qəza zamanı yolda sıxlıq yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir”.

Faktla bağlı araşdırma aparılır.

Share: