Bakıda beynəlxalq konfrans öz işinə başlayıb

Bakıda beynəlxalq konfrans öz işinə başlayıb

 

Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Millətin Səsi. az xəbər verir ki, konfransda Türk Dövlətləri Təşkilatının, türk dövlətlərindən tarixi şəhər və qoruqların rəhbərləri, ekspertlər və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və Türk Dövlətləri Təşkilatı (TDT) baş katibinin müavini Sədi Cəfərov konfrans iştirakçılarını salamlayaraq tədbirin işinə uğurlar arzulayıblar.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  Türk Dövlətləri Təşkilatı ilə birlikdə keçirdiyi konfrans 13 oktyabr 2023-cü il tarixinə kimi davam edəcək.

Konfransın təfərrüatları ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi sosial hesablarından tanış ola bilərsiniz.

Xatırladaq ki, beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və s. mövzular üzrə müzakirələr aparılır.

Konfrans çərçivəsində Bakı Marionet Teatrında “Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması”, Bakı Fotoqrafiya Evində “İrs Şəhərlərində/Məkanlarında Turizmin davamlı inkişafı” və Tahir Salahovun ev-muzeyində “İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi” mövzularında tematik panellər təşkil olunub.

Mənbə

Share: