Bakıda iki nəfər dəm qazından boğulub

Bakıda daha bir nəfər dəm qazından boğulub.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayonun Ramana qəsəbə sakini, 1973-cü il təvəllüdlü Məmmədov Neman Yusif oğlu yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı Sabunçu rayon Prokukorluğunda araşdırma aparılır.
***
Saat 09:49
Bakıda 25 yaşlı qız dəm qazından boğulub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsində fərdi yaşayış evində qeydə alınıb.
Şəhər sakini, 1994-cü il təvəllüdlü Talıbova Fatimə Natiq qızı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Share: