Bakıda nasaz yük maşını tıxaca səbəb oldu

Bakıda nasaz avtomobil tıxaca səbəb olub.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb. Nəticədə metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

 

Mənbə

Share: