Varşavada fermerler etiraz aksiyası keçirirlər

Polşanın paytaxtı Varşavada fermerler etiraz aksiyası keçirirlər.

 

Məlumata görə, onlar hökumət binası yaxınlığında toplaşıblar. Fermerlər Seymə doğru yürüş etmək niyyətindədirlər. Onlar Baş nazir Donald Tuskun ofisi qarşısında təkər yandırıblar.

 

Etirazçılar Avropa İttifaqından kənar ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalına son qoyulmasını tələb edirlər.

Qeyd edək ki, hazırda paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib. Varşava küçələrinə 100 minə qədər insanın çıxacağı gözlənilir.

Mənbə

Share: