Bakıdan Füzuliyə təyyarə ilə ilk uçuş – Foto

Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Millətin Səsi.az xəbər verir ki, simvolik məna olaraq həmin təyyarə “Qarabağ” adını daşıyır.

Bundan əlavə, Azərbaycanın “Silk Vay” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.

Share: