Bakının bu ərazisində su olmayacaq

Bakının bu ərazisində su olmayacaq

Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir.

Azərsu ASC-dən Milletinsesi.az-a verilən məlumata görə, bununla əlaqədar aprelin 24-də gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.

 

Share: