“Bavariya” istəyir, Qvardiola göndərmir

“Bavariya” “Mançester Siti”nin futbolçusu Leroy Saneni transfer etməkdə israrlıdır.

Qol.az Britaniya mətbuatına istinadən xəbərə verir ki, Bundesliqa təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə rəsmi danışıqlara başlayıb.

Sanenin Münhen klubunda oynamağa müsbət yanaşdığı bildirilir. Ancaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola alman futbolçunu komandada saxlamaq istəyir. Bunun üçün o, oyunçunu razı salmağa çalışır.

Share: