Bayden və Makron Ukraynanı müzakirə etdi

Martın 7-də ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Liderlər Ukraynaya dəstəklərini ifadə ediblər, Kiyevə təhlükəsizlik yardımı göstərməyə davam etməyi müzakirə ediblər.

 

Bayden və Makron Hind-Sakit okean regionunda ABŞ-Fransa əməkdaşlığı və qaydalara əsaslanan dünya nizamına Çinin yaratdığı çağırışlara cavab vermək üçün birgə səylərə də toxunublar.

Mənbə

Share: