BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin kollektivi fakültənin şəhid məzunu Elşən Salayevin məzarını ziyarət edib.

 

Universitetdən Moderator.az-a bildirilib ki, fakültənin dekan müavini Elnur Əbilov, Azərbaycan tarixi (humanitar elmlər üzrə) kafedrasının müdiri Azad Rzayev, müəllimlər Əsgər Zeynalabdinov, Aytən Abbasova-Quliyeva, Anar Cəfərov, Ədalət Qafarlı və tələbələr şəhidin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. 

 

Qeyd edək ki, Elşən Salayev Vətən müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra üç medalla təltif olunan qəhrəmanın əziz xatirəsi müəllim və tələbələrin qəlbində əbədi yaşayacaq. 

Mənbə

Share: