Beşuşaqlı anaların da sosial müavinət alması təklif olunur

“Əmək pensiyaları haqqında” Qanun layihəsinin 8.1-ci maddəsində beş və daha çox övladı olan analar bu güzəştdən istifadə edəcək, yəni beş il daha tez pensiyaya çıxa biləcəklər”.

 

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

 

Deputat bildirib ki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13-cü maddəsində isə bu güzəştlər beşdən çox övladı olan analara şamil olunur:

 

“Yəni beş uşaq böyüdən analar pensiyada güzəşt əldə etsələr də, sosial müavinət ala bilmirlər. Təklif edirəm ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq, “Sosial müavinətlər haqqında” Qanunda da “Beş və beşdən çox övladı olan analar” sözü əksini tapsın”.

Mənbə

Share: