BMU-ya yeni prorektor təyin olunub

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat olub.

 

Bu barədə Moderator.az-a universitetdən məlumat verilib.

 

Qeyd edilib ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

 

Ətrabə Gül 2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb.

 

Mənbə

Share: