Bu il ali məktəblərə qəbul yerlərinin sayı açıqlanıb – SİYAHI

Azərbaycanın bir sıra universitetlərində 2019/2020-cı tədris ili üçün ayrılmış proqnoz yerlərinin sayı açıqlanıb.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev media nümayəndələri üçün keçirilən təlimdə deyib ki, 2019/2020-cı tədris ili üçün Bakı Dövlət Universitetinə 6320, Azərbaycan Dövlət İqtisad Universitetinə 3728, Azərbaycan Dövlət Pedaqoji Universitetinə 3335, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 3060, Azərbaycan Texniki Universitetinə 2070 və Azərbaycan Dillər Universitetinə 1605 qəbul yeri ayrılıb.

Y. Piriyev qeyd edib ki, eyni zamanda, Azərbaycan Memarlıq və İnşaat Universitetinə 1975, Bakı Mühəndislik Universitetinə 1285, Bakı Slavyan Universitetinə 1110 və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə 625 proqnoz yeri ayrılıb.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, ümumilikdə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinə ayrılmış proqnoz yerlərinin sayı 34 225-dir. (ONA)

Share: