“Bu, o demək deyil ki, agentliyin yaradılması ilə bütün problemlər həll olunacaq…”

“İndi Azərbaycan film sahəsində dəyişikliklər dövrüdür və çox şadam ki, bu sahədə artıq konkret işlər görülür”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov deyib.

 

Onun sözlərinə görə, kino agentliyi yaradılıb və hal-hazırda onun işə başlamağını gözləyir: “Təbii ki, bu, bizim üçün dəyərli bir faktdır. Həm hüquqi nöqteyi-nəzərdən, həm beynəlxalq aləmə çıxış baxımından, həm yerli istehsal nəzərindən bu, müsbət bir faktordur. Ona görə də, hal-hazırki durum müsbət bir tendensiyadır. İşlər yaxşı istiqamətə doğru gedir”.

 

“Əgər, hansısa nöqsanlardan danışırqsa, nöqsanlar da kifayət qədərdir və onları saymaqla bitməyəcək. Amma bu nöqsanların hamsının kökündə məhz agentliyin olmamasından yaranan hüquqi və bəzən də yaradıcı problemlər dayanır. Çox ümidvaram ki, agentliyin fəaliyyəti ilə bu problemlər həll olunacaq. Yəni, bu, həm ideoloji istiqamətlənməyə aiddir, həm istehsalata buraxılacaq filmlərin məzmunu haqqında formalaşmış fikirlərin təyin edilməsidir, həm də prioritetlərin təyin edilməsi ilə bağlıdır. Yəni, bunların hamsı artıq 2023-cü ildən fəaliyyətə başlayacaq agentliyin səlahiyyəti daxilindədir. Amma bu, o demək deyil ki, agentliyin yaradılması ilə bütün problemlər həll olunacaq. Sadəcə həmin problemlərin həlli istiqamətində müəyyən hüquqi bir müstəvi yaranır və çıxış yolu olur. Bu da yaxşı bir faktordur”-deyə, incəsənət xadimi fikrini yekunlaşdırıb.

 

Mərahim Nəsib

Mənbə

Share: