Bütün qadağalara rəğmən TikTok şəbəkəsi Feysbuku geridə qoydu

TikTok sosial şəbəkəsi populyarlığına görə Feysbuk platformasını geridə qoyub.

WhatsApp hələ ki liderliyi qoruyur.

Milletinsesi.az ted.az-a istinadən bildirir ki, ötən ilin yekunlarına əsasən TikTok-u 700 milyondan çox  şəxs yükləyib.

Bununla da, TikTok şəbəkəsi Feysbuk kimi dünya nəhəngini geridə qoyub. Sözügedən şəbəkə ötən il yüklənmə sayına görə yalnız  WhatsApp-dan (850 milyon) geri qalır.

“Sensor Tower”in araşdırmasına görə, “TikTok” yüklənməsinin 45%-i Hindistanda qeydə alınıb.

Share: