Cənubi Qafqaz liderlərinin görüşü ola bilər

“Ermənistan, Gürcüstan və Azərbaycan dövlət başçılarının görüşü ideyası nəzərdən keçirilir”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan XİN başçısı Ararat Mirzoyan “Armenpress”ə müsahibəsində bildirib.

 

“Ermənistan tərəfi artıq buna hazır olduğunu açıqlayıb. Ancaq sadə birgə bəyanat barədə belə razılaşmaq olmayanda belə görüş effektiv və perspektivli görünmür”, – nazir söyləyib.

 

“İrəvan Bakı ilə danışıqlar prosesinə konstruktiv yanaşır və daha intensiv danışıqlara hazırdır. Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişaf etdirilməsində maraqlıdır və Tbilisi platformasının potensial və imkanlarını nəzərdən keçirir”, – deyə o əlavə edib.

Mənbə

Share: