Çin nüvə məsələsində Rusiyaya dəstək vermədi

Çin Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirməsini dəstəkləmir.

 

Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin bildirib.

 

O qeyd edib ki, ötən il yanvarın 5-də nüvə silahına malik dövlətlərin liderləri birgə bəyanat yayıb, nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığını bildirib, bəyanatda nüvə silahına malik dövlətlər arasında müharibələrin qarşısının alınması və strateji risklərin aradan qaldırılmasının vacibliyi vurğulanıb.

 

XİN rəsmisi vurğulayıb ki, bütün tərəflər Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylərə üstünlük verməlidir.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdiriləcəyini bildirib.

Mənbə

Share: