Rusiya dronların qarşılığında İrana belə komək edir

Rusiya pilotsuz uçuş aparatları (PUA) müqabilində İrana kibersilahlarla komək edir.

 

Modern.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.

 

Nəşriin məlumatına görə, Moskva Tehranı rabitə-nəzarət avadanlığı, dinləmə cihazları, qabaqcıl foto avadanlıqları və yalan detektorları ilə təmin edir. 

 

Rusiya çox güman ki, müxaliflərin telefonlarını və sistemlərini sındırmaq üçün İranı daha təkmil proqram təminatı ilə təchiz edib. Nəşrin məlumatına görə, proqram təminatı Rusiyanın Proteus elmi-texniki mərkəzi tərəfindən təchiz edilib. Proteus texnologiyası İran hakimiyyətinə mobil rabitə üzərindən iranlıların mübadilə etdikləri məlumatları ələ keçirməyə imkan verə bilər.

Mənbə

Share: