Dünyada əhalisi ən çox azalan ÖLKƏLƏR

Bosniya və Herseqovina dünyada əhalisi ən çox azalan ölkədir.

Millətin Səsi .az xəbər verir ki, Bosniya və Herseqovinada son illər iqtisadi səbəblərdən artan beyin axını nəticəsində əhali getdikcə azalır.

“Dünyada əhalisi ən çox azalan ölkələr” siyahısında birici yeri məhz bu ölkə tutur.

Bosniya və Herseqovinadan sonrakı yerlərdə Bolqarıstan, Livan, Latviya, Litva, Venesuela, Serbiya, Xorvatiya və Ukrayna qərarlaşıb.

Rəsmi statistikaya əsasən, 2013-cü ildən indiyədək Bosniya və Herseqovinanı 484 min nəfər tərk edib, əhalinin sayı hər il 1,5 faiz azalıb.

Mənbə

Share: