“Düşmənimiz  “Rus dirçəlişi” ideoloqlarını məhv etmək istəyir…” 

“Düşmənimiz ağılı, amansız və məkrlidir. O, düşüncənin gücünü anlayır və “Rus dirçəlişi” ideoloqlarını məhv etmək istəyir…” 

 

“Oxşar diversiya-terror aktı sxemi filosof Aleksandr Duqinin qızının qətlində tətbiq edilib…”

 

Moskvada “Rus baharı”nın ideoloqu, rusiyalı biznesmenə qarşı sui-qəsdə cəhd olub

 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti rusiyalı biznesmen, “Tsarqrad” şirkətlər qrupunun rəhbəri, 2014-cü il “Rus baharı”nın baş ideoloqlarından biri Konstantin Malofeyevə qarşı sui-qəsdin qarşısını alıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri, o cümlədən Malofeyevə məxsus “Birinci rus” telekanalı məlumat verib.

 

Sui-qəsdin təşkilində Ukrayna xüsusi xidmət orqanları ittiham edilib.

 

“FTX-nin məlumatına görə, sui-qəsdin təşkilatçısı Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Bryanska hücumun iştirakçısı Denis Kapustindir. Məhz onun Bryansk vilayətində mülki şəxslərə hucumda əli var. 

 

Onun və əlaltılarının daxil olduğu “Rus könüllülər korpusu” cinayətkar qruplaşması filosof Darya Duqinanın qətlinə görə məsiliyyəti öz üzərinə götürüb”, – “Birinci rus” telekanalı qeyd edir.

 

Malofeyevin avtomobilinin minalanması məqamı müşahidə kameralarına düşüb. Naməlum şəxs tünd rəngli geyimdə ətrafa boylanaraq avtomobilə yaxınlaşır və bir müddətdən sonra əyilərək avtomobilin altına partlayıcı qurğu bərkidir və təcili aradan çıxır. Kişinin sifətinin tibbi maska ilə örtüldüyü görünür.

 

Şübhəli əşyanı görərək, “Tsarqrad”ın təsisçisi hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə yerinə FTX əməkdaşları gəlib. Avtomobilə baxış keçirərkən torbaya bükülmüş əşya aşkar edilib. Maşının minadan təmizlənməsi ilə robor-sapyor məşğul olub. İşlər yeraltı parkovkada aparılıb.

 

Malofeyevin özü sui-qəsdə görə narahat olanları sakitləşdirərək, əmin edib ki, cinayətkarların heç bir hərəkətləri onun vətənpərvər mövqeyini dəyişdirə bilməz.

 

“Sizi əmin edirəm ki, nə bu gün, nə də sabah heç bir təhdid və ya terror aktı mənim qızğın və səmimi vətənpərvər mövqeyimə təsir etməyəcək. Düşmən darmadağın ediləcək. Qələbə bizimlə olacaq, Allah bizimlədir!” – o, Telegram-kanalında yazıb.

 

FTX qeyd edib ki, oxşar “diversiya-terror aktı” sxemi tanınmış ultramühafizəkar filosof Aleksandr Duqinin qızı Darya Duqinanın qətlinə hazırlıq zamanı tətbiq edilib.

 

Öz növbəsində Duqin “Telegram-kanalında yazdığı postda kimin və nəyə görə Konstantin Malofeyevə sui-qəsd etdiyi barədə gümanlarını ifadə edib.

 

“NATO terrorçuları və onların birbaşa əlaltıları olan Kiyev nasistlərinin məntiqi “Rus dirçəlişi” ideoloqlarını məhv etməkdir. Düşmənimiz ağıllı, amansız və məkrlidir. O, düşüncənin əhəmiyyətini anlayır. Bizim özümüzdən də yaxşı anlayır. Bu, müqəddəs ideyalar savaşında ən vacib amildir”, – Duqin yazıb.

Mənbə

Share: