Rusiya ATƏT-ə silahlar barədə məlumat verməkdən imtina edib 

Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2011-ci il Vyana Sənədi çərçivəsində silahlı qüvvələri ilə bağlı məlumatları açıqlamayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Amerika Silahlara Nəzarət Assosiasiyası (Silahlara Nəzarət Assosiasiyası) Rusiya tərəfinin məktubuna istinadən məlumat yayıb.

 

ATƏT ölkələri hər il müvafiq məlumat mübadiləsi aparır. Məlumatı hərbi təhlükəsizlik məsələləri üzrə Vyanada keçirilən danışıqlarda Rusiyanı təmsil edən nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov təsdiqləyib.

 

Etimad və Təhlükəsizlik Tədbirləri üzrə Vyana Sənədi 2011-ci ildə ATƏT ölkələri tərəfindən imzalanıb. Saziş hərbi qüvvələr, müdafiə planlaması və hərbi büdcələr haqqında məlumat mübadiləsini nəzərdə tutur.

Mənbə

Share: