Emindən terror hadisəsi ilə bağlı PAYLAŞIM

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

 

Hadisə ilə bağlı iş adamının oğlu Emin Ağalarov instaqram hesabında paylaşım edib.

 

O, baş vermiş dəhşətli hadisə ilə əlaqədar həlak olanların ailələrinə hüznlə başsağlığı verib:

 

““Crocus City Hall”da baş vermiş dəhşətli hadisə ilə əlaqədar həlak olanların ailələrinə hüznlə başsağlığı verirəm. Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə təsir etdi. Bütün kədəri çatdırmaq üçün söz yoxdur”.

 

Qeyd edək ki, ötən gün hadisə baş verəndən qısa vaxt sonra Araz Ağalarov və oğlu Emin Ağalarov hadisə yerinə yollanıblar. (Axşam.az)

 

Mənbə

Share: