Enerji nəhəngləri Mingəçevirdən, milyonlar isə “Zirə” Fk ya ?

Dahi Heydər Əliyevin Mingəcevirdə əsası 1973 cu ildə qoydurduğu , 20 oktyabr 1981 cinildə isə tam istismara düşərək ümumi qoyuluş gücü saatda 2700 Mvt olmuş Azərbaycan İES , ölkəmizi 60 faiz elektrik enerjisi ilə düz 42 ildir ki, təmin etməkdə davam edir. Bəli düz 42 il. Təxminən yarım əsr…

İndi gəlin görək bu şəhərin hələ 1966-ci ildən yaranmış , hətta burada məşqçi kimi də çalışmış məşhur Anatoli Banişevskili, Qurban Qurbanovlu Energetik Mingəçevir, müstəqiliyyimizin hətta ilk ilinin futbol cempionatının 1992-ci il mövsumundə kubok finalına çıxmış bu Futbol klubu niyə tənəzzülə uğrayaraq baxımsızlıq və sayğısızlıq üzündən uğursuzluq zolağından çıxa bilmir?
Açıqlaması çox sadədir:
Deməli bu quruma, yəni Azərenerjiyə rəhbər gələn şəxslər, yalnız öz mənsub olduqları Şahdağ Qusar ( Etibar Pirverdiyev) və Zirə fk( Baba Rzayev) ayrı ayrı vaxtlarda bu şəhərdəki enerji nəhəngləri stansiyalarından gələn milyonlardan o klubları sıfırdan təsis etməklə, Mingeceviri kənarda saxlamaqla, oraya o kluba pul ayirmamaqla, klubun dağılmasına şərait yaratdılar.
Və yaxud da gələn milyonlardan buraya heçbir kömək etməyərək ögey münasibət göstərdilər Energetik FK -na.
Bugün Aşağı dəstədə iştirak edən Mingəçevir Təmsilçisi, heçvaxt klubu olmayan İmişliylə bacarmirsa, bunun səbəbi təbii ki imişlidəki Şəkər zavodu və digər müəssisə rəhbərlərinin və sponsorlarinin klublarına lazımi vəsaitini davamlı şəkildə təşkil etməsidir.
Ancaq gəlin Azərişıq AsC şefi Vüqar Əhmədovun Mingəçevirdən olmasına baxmayaraq bu kluba niyə sayğısız vəya diqqətdən kənarda saxlamasını da qeyd edək. Vüqar müəllim, axı siz də bu nur şəhəri Mingəçevirdən çixmisiniz. Bugün heç də zəif olmayan bir nüfuzlu imkanlı quruma rəhbərlik edirsiniz artıq 5 ildir.
Xahiş edirik şəhərin klubuna heç olmasa buradan çıxmış, hətta milli komandada da uğurlu çıxış etmiş yarımmüdafiəçi ampulasinda çıxış etmiş veteran futbolçu Ramiz Məmmədovu buraya məşqçi gətirilməsinə təşəbbüs göstərib Mingəçevirin idman şərəfini yenidən qaytarılmasına yardım edəsiniz.
Eyni zamanda klub rəhbərliyi hazırda paytaxt Bakıda fəaliyyət göstərən hörmətli Ayaz Əliyevə də bu müraciəti etməklə çox təcrübəli Ramiz Məmmədovun Mingəçevirə gətirilməsini xahiş edirik.

Xəyyam Qurbanlı.

Share: