“Ermənilərə məxsus yeni dayaq məntəqələrinin aşkarlanması ehtimalı istisna deyil”

“Ağdərədəki meşəlik ərazidə ermənilərə məxsus dayaq məntəqəsinin aşkarlanması düşmənin torpaqlarımızda düşünüldüyündən də artıq silah-sursat cəmləşdirdiyini göstərir”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, 30 ilə yaxın işğal dönəmində Azərbaycan ərazisində çoxsaylı müdafiə sədləri inşa edən Ermənistan, torpaqlarımızda böyük hərbi texnikalar cəmləşdirib:

 

“Ermənistan işğal dönəmində zəbt etdiyi ərazilərdə möhkəmlənmək, bu əraziləri qoruyub saxlamaq məqsədi ilə torpaqlarımızda çoxlu sayda müdafiə sədləri inşa etmiş, canlı qüvvə və hərbi texnika toplamışdı. Ağdərədə aşkar edilən dayaq məntəqəsi bu həqiqəti bir daha sübut edir.

 

Hesab edirəm ki, yaxın gələcəkdə işğaldan azad olunan ərazilərimizdə buna bənzər yeni dayaq məntəqələrinin aşkarlanması ehtimalı istisna deyil.

 

Bildiyiniz kimi, erməni silahlıları işğal dövründə torpaqlarımızı çoxlu sayda mina və digər silah-sursatla çirkləndirib. Odur ki, torapqlarımız minalardan təmizləndikcə, bu kimi faktların da ortaya çıxması mümkündür”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: