Ermənistan ordusunun çavuşu öldü

Ermənistanın Armavir bölgəsində baş vermiş qəza nəticəsində Ermənistan ordusunun hərbi qulluqçusu ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Shamshyan” nəşri yazıb.

Məlumata görə, mayın 19-da saat 19:30 radələrində Armavir-Karakert yolunda “Mersedes” markalı maşınla “QAZ-3110” markalı maşın toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin Ermənistan ordusunda xidmətdə olan çavuş olduğu bildirilib.

Share: