Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artıb

Ermənistanda COVID-19 virusuna yoluxanların və bu virusdan ölənlərin sayı artıb.

Bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

Baş nazir yazır ki, ölkədə koronavirusdan ölənlərin sayı 20 nəfərə çatıb.

Həmçinin son 24 saat ərzində ölkədə daha 47 nəfər koronavirusa yoluxub. Bununla da koronavirusa yoluxanların sayı 1248 nəfərə çatıb.

Share: