Finlandiyada enerji şirkətlərinə 10 milyard avroya qədər kredit verilə bilər

Finlandiya hökuməti yardımın bir hissəsi olaraq enerji şirkətləri üçün 10 milyard avroya qədər kredit və zəmanət proqramı hazırlayıb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti öz saytında məlumat yayıb.

Qeyd olunub ki, dövlət likvidliyə olan tələbatı ödəmək üçün elektrik enerjisi istehsalı ilə məşğul olan müəssisələrə təxminən iki il müddətinə kreditlər verməyi planlaşdırır.

Büdcəyə müvafiq dəyişikliklərə Nazirlər Kabinetinin sentyabrın 5-də keçiriləcək iclasında baxılacaq.

Mənbə

Share: