Goranboyda çoban güllələnib

Goranboyda çoban güllələnib.

Hadisə “Boz dağ” ərazisində qeydə alınıb. Çobanlıqla məşğul olan, 2000-ci il təvəllüdlü Hümbətəliyev Şövqi Cəmşid oğlu ürək nahiyəsindən aldığı güllə xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin ehtimala görə, çoban dağlıq ərazidə ov edən şəxslərin silahından açılan atəş nəticəsində yaralanıb. (APA)

Share: