Güney Azərbaycanda milli fəallar təhlükəsizlik idarələrinə çağırılır

 

Güney Azərbaycanda milli fəallar təhlükəsizlik idarələrinə çağırılır.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İranda Siyasi və vətəndaş cəmiyyəti məhbuslarının müdafiəsi Kampaniyasından verilən xəbərə görə, son iki gün ərzində Ərdəbil, Təbriz, Urmu, Xiyav, Marağa, Tehran və başqa şəhərlərdə təhlükəsizlik məmurları azərbaycanlı fəallara zəng edərək onları dindirilmək üçün təhlükəsizlik idarələrinə çağırıblar.

Firuz Moini, Əsgər Əkbərzadə, Tohid Əmirəmini, Meysəm Coləni, Yusif Kari, Mürtəza Pərvin, Səid Sadiqifər, Məhəmməd Colani, Yaşar Əkbərzadə və başqaları təhlükəsizlik məmurları tərəfindən çağırılan milli fəallar sırasındadırlar.

Qeyd edək ki, milli fəalların bir çoxu bu çağırışı qanunsuz adlandırıb və sözügedən orqanlara getməkdən imtina edib.

Mənbə

Share: