Gürcüstanda Bayraq Günü qeyd olunur

Yanvarın 14-də Gürcüstanda Dövlət Bayrağı günü qeyd olunur.

Gürcüstanda Dövlət Bayrağı Günü 2004-cü il yanvarın 14–də bərpa edilib. Lakin bu gün bayram kimi yalnız 2012-ci ildən qeyd edilməyə başlayıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili Çoxaturidəki Eristavi sarayında dövlət bayrağını qaldırıb və xalqa müraciət edib.

Bayraq Gününü Gürcüstanda yaşayan azərbaycanlılar da qeyd edirlər.

Share: