Həftəsonu yol qəzalarında 4 nəfər ölüb

 

Həftəsonu, 29-30 iyulda baş verən yol qəzalarında 4 nəfər ölüb.

Bu barədə Milletinsesi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin müddətdə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd edilib ki, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

 

Share: