“Həm Ağdamla, həm Gorusla ikitərəfli ticarətə başlamaq lazımdır…”

“Azərbaycanla dialoq olmalıdır. Yaranmış vəziyyətdə havada uçmaq lazım deyil, yerə enib başa düşmək lazımdır ki, hökumət məsuliyyət daşıyır, mən də, siz də…”

 

Moderator.az xəbər verir ki, bunu Ermənistanın “H1” kanalına açıqlamasında  Qarabağdakı separatçı-terrorçu rejimin “təhlükəsizlik şurası”nın katibi, general Samvel Babayan söyləyib.

 

“Danışıqlara başlaya bilmək lazımdır. Sənəd hazırdır, bütövlükdə 15-20 addımdan ibarət olmaqla, həm Ağdam, həm də Gorus tərəfindən ikitərəfli əlaqələrə imkan yaratmaq, ticarət aparmaq və digər problemləri bir paketdə həll etmək imkanı yaradır”.

 

Xatırladaq ki, general Samvel Babayan 1990-cı illərdə Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “müdafiə  naziri” də olub. O, 1991-ci ildə 6 aya ayaxın müddətdə Bakıda həbsdə olub və sonra Moskvanın göstərişi ilə buraxılıb…

 

S.Laçın

 

Mənbə

Share: