Hərbçilərin nə qədər borcu Fond tərəfindən ÖDƏNİLİB?

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə “YAŞAT” Fondu tərəfindən xərclənən vəsait 6 772 442.30 AZN təşkil edir.

 

Modern.az xəbər verir ki, bu haqa məlumat 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransında bildirilib.

 

Belə ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib.

Mənbə

Share: