Hellouin bayramında izdiham yaşandı – Ölənlər var 

Cənubi Koreyanın paytaxtı Seul şəhərində Hellouin bayramı münasibətilə keçirilən şənliklərdə izdiham yaşanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli rəsmilərə istinadən yazıb.

 

İzdiham nəticəsində 2 nəfər həlak olub, 100-dən çox adam xəsarət alıb. Həlak olanların ürəktutmadan öldüyü bildirilir. 20 nəfər xəstəxanaya aparılıb. Ölənlərin sayının artacağı istisna edilmir.

 

Cənubi Koreya prezidenti Yon Suk-Yeol hadisə ilə əlaqədar fövqəladə iclas keçirib.

 

Akif İsmayılov

 

Mənbə

Share: