HƏMAS-ın 1000-ə qədər döyüşçüsünün sığındığı yer məlum olub

İsrail Müdafiə Qüvvələri tərəfindən ələ keçirilən Fələstin HƏMAS hərəkatının komandiri Qəzza zolağındakı “Əş-Şifa” tibb mərkəzinin ərazisində minə qədər döyüşçünün gizləndiyini bildirib.

 

“Orada təxminən 800-1000 arasında döyüşçü var”, – deyə komandir söyləyib.

 

Məhbus onu da qeyd edib ki, tibb kompleksinin ərazisində HƏMAS-ın yerləşdiyi və silahların saxlandığı yerlər var. Onun sözlərinə görə, bu, inzibati bina, doğum şöbəsi, həm də mütəxəssislər binası deyilən kompleks olub.

Mənbə

Share: