“Hyundai” “KİA” ilə TOQQUŞUB – Ölən var

Noyabrın 19-da saat 12 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Şərur rayon sakini N.Ələkbərovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini Murad Rüstəmovun idarə etdiyi “KİA” markalı avtomobil toqquşub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə M.Rüstəmov xəstəxanaya aparılarkən yolda ölüb. 


Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə

Share: