“İlhamə Quliyeva Orxanın həyatını məhv edib”

“Orta məktəbdə əlaçı olub. İlhamə Quliyeva Orxanı ali məktəbdən qovdurub. İki şirkətdə çalışırdı, zəng edib qovdurdu. Deyirdi ki, əli pula çatsa, məni atacaq”.

Axşam.az-ın xəbərinə görə bu sözləri aktyor Sərxan Kərəmoğlu “Səni axtarıram” proqramında deyib. O, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovdan danışıb. Sərxan övladının itkin düşüdüyünü deyib, verilişə yardım üçün gələn Orxanın doğma anasının tənqid edilməsinə münasibət bildirib:

“Lalə müəllimədir, heç kim indiyənə kimi onu efirdə görməyib. Gecəni yatmayıb. Onun bir xəstə övladı var. İlhaməni atın kənara, yoxdur. Orxanın həyatını İlhamə bədbəxt edib”.

Qeyd edək ki, Orxanın anası lalə Orxanın 2023-cü ilin sentyabrından itkin düşdüyünü deyib. 

Share: