İlham Əliyev Xalq artistinə ev verdi

Prezident İlham Əliyev Xalq artisti, tarzən Fikrət Verdiyevə mənzil hədiyyə edib.

Milletinsesi.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Bəyimxanım Cavanşirova məlumat verib.

“Ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!” deyə, ifaçı yazıb.

Qeyd edək ki, F.Verdiyev “Göy göl” ansamblının yaradıcısıdır. Onun Gəncə Dövlət Filarmoniyasının yaranmasında xidmətləri var.

Share: