İlin ilk Ay tutulması başa çatdı

Mayın 16-sı saat 08:53-də ilin ilk Ay tutulması başa çatıb.

Millətin Səsi.az  xəbər verir ki, Ay tutulması mayın 16-sı saat 07:29-da başlayıb və 1 saat 24 dəqiqə davam edib.

Tutulmanın maksimumu saat 08:11-də olub.

İlin ilk tam Ay tutulmasını Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayıb

Share: