İlon Mask seçiciləri bu partiyaya səs verməyə çağırdı 

Dünyanın ən zəngin adamı, amerikalı milyarder İlon Mask “müstəqil düşüncəli” seçiciləri noyabrın 8-də Konqresin aralıq seçkilərində respublikaçılara səs verməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə, o, özünün “Twitter” hesabında məlumat yayıb.

 

“Hakimiyyətin ayrılması hər iki partiyanın ifrat tərəfdarlarını cilovlayır, ona görə də prezidentin demokrat olduğunu nəzərə alaraq, Respublikaçılara səs verməyi tövsiyə edirəm”, – o yazıb.

 

“İnanmış demokratlar və ya respublikaçılar heç vaxt qarşı tərəfə səs vermirlər, ona görə də kimin hakimiyyətdə olacağına həqiqətən müstəqil seçicilər qərar verirlər”, – Mask bildirib.

 

Akif İsmayılov 

Mənbə

Share: