İnstaqramda bir paylaşımı 5 min manata edirlər

İnstaqramda bir paylaşımı 5 min manata edirlər

Məşhur simalar İnstaqram səhifələrində yayımladıqları reklam qarşılığında aldıqları qonorarı açıqlayıblar.

Axşam.az-ın məlumatına görə, “ATV maqazin onlarla” tanınmışlara bunla bağlı sual ünvanlayıblar.

Elza Seyidcahan bildirib ki, oradan çox yaxşı qazanc əldə edir.

Sevda Yahyayeva bildirib ki, çəkildiyi reklamlardan və İnstaqram səhifəsindən o da pul qazanır.

Sevil və Sevinc Səfərovalar isə evlərinin xərcini məhz oradakı paylaşımlarla ödədiklərini bildiriblər:

“Bir post paylaşmışıq 5 min manat”.

Tünzalə Ağayeva isə İnstaqramı bazar adlandırıb:

“Bəlli qiymət var. Ona isə hər kəs razılaşa bilməz. Ağır qiymətdir”.

Roza Zərgərli də İnstaqram paylaşımından pul qazanan tanınmışlardandır. O isə məbləği kamera qarşısında açıqlamaqdan qaçıb.

Gülüstan Əliyeva da sosial şəbəkədə reklamı baha qiymətə yayımlayır:

“5 minə də, 2 minə də paylaşımım olub”.

Fatimə Fətəliyeva isə bir paylaşımı 500-1000 manat arası etdiyini açıqlayıb. Fatimə paltara, zinnət əşyalarına pul vermədiyini açıqlayıb:

“15, 17 minlik dəstlər verirlər. Hətta 22 minlik dəst də verirlər ki, taxım. Paltara pul xərcləmirəm”.

Nadir Qafarzadə isə İnstaqramdan qazanılan pulları haram sayıb.

Share: