Şirvanda intihara cəhd- FHN müdaxilə etdi

Şirvan şəhər sakini intihara cəhd etdi.

Millətin Səsi.az xəbər verir  ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Share: