İran Qafana konsul təyin etdi 

İranın Qafanda fəaliyyət göstərəcək konsulluğuna rəhbər təyin edilib.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir, bu barədə İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan bildirib.

 

Qeyd olunub ki, İranın Qafandakı konsulu vəzifəsinə Abedin Varamin təyinat alıb. Deputatın sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib. 

 

Akif İsmayılov 

Mənbə

Share: