İranda deputat parlament sədrinə böhtan atmaq iddiası ilə cəzalandırıldı

İranın Dövlət Məsləhət Şurasının üzvü və parlamentdə Tehran şəhərinin deputatı Seyid Mustafa Mirsəlim parlament sədri Məhəmməd Baqir Qalibafa guya böhtan atdığına görə cəzalandırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Qalibafın şikayətindən sonra məhkəmə Mustafa Mirsəlimi 10-cu parlamentdə Tehran bələdiyyəsinə qarşı istintaqın aparılmasına səs vermədiyi üçün parlament üzvlərinə 65 milyard tümən rüşvət iddiasında günahkar bilib.

İranın sosial media məkanında gedən söz-söhbət və məlumatlara görə, parlament sədri Qalibaf İran rəhbəri Əli Xameneyi ilə qudadır. Buna görə də, heç kimin onu hansısa qanunsuzluq, rüşvət və mənimsəmə işində məhkum etməyə gücü yetmir.

Qeyd edək ki, bir neçə il öncə Qalibafın Tehran meri olduğu dövrdə Xameneyinin kürəkəni və Qalibafın oğlu, İlyas Qalibafın da 8 milyard dolları mənimsəyib İngiltərəyə apardığı gündəm olub.

Mənbə

Share: