Zəlzələ bölgəsindən qayıdan psixoloq: “O baxışları heç vaxt unutmaram”

Ötən ay baş vermiş dəhşətli zəlzələdən sonra Türkiyənin yardımına yetişən ilk ölkə Azərbaycan oldu. Xalq olaraq təbii fəlakətdən əziyyət çəkən qardaş-bacılarımıza əlimizdən gələn dəstəyi verdik, onların dərdinə şərik çıxdıq, faciənin ağrı-acısını yaşadıq. Əlbəttə, bu, bizim xalq, millət olaraq qardaşlıq borcumuzdur, başqa cür ola da bilməzdi.

 

Zəlzələ bölgəsində köməyə gedənlərdən biri Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılovadır. O, zəlzələnin ilk günlərində könüllü şəkildə Türkiyəyə yollanıb və günlərlə fəlakət bölgəsinin sakinlərinə təmənnasız psixoloji yardım göstərib.

 

Səbinə Cəbrayılova Modern.az-a müsahibəsində qardaş ölkədə gördüyü, şahidi olduğu hadisələrdən danışıb.

 

Ətraflı təqdim etdiyimiz videoda:

 

 

Mənbə

Share: