İslam Kərimovun oğlu arvadını məhkəməyə verdi

Özbəkistanın birinci prezidenti İslam Kərimovun oğlu Pyotr Kərimov atasının dul arvadı Tatyana Kərimovanı vərəsəlik hüququ üçün məhkəməyə verəcək.

 

Modern.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Ali Məhkəməsinin məlumatına görə, birinci instansiya məhkəməsi iyunun 26-na təyin edilib.

 

Qeyd edək ki, İslam Kərimov 1991-ci ildən 2016-cı ildə vəfatına qədər Özbəkistanı idarə edib. Rəsmi olaraq, Tatyana Kərimova ilə evliliyində onun iki qızı var – Gülnarə və Lola.

 

Pyotr Kərimov İslam Kərimovun 2008-ci ildə Daşkənddə vəfat edən Natalya Kuçmi ilə qeyri-rəsmi ilk nikahından olan böyük oğludur.

Mənbə

Share: