İslandiyada 6 min il yatan vulkan püskürməyə başlayıb – VİDEO

İslandiyada Faqradals vulkanı aktivləşib.

“Haber Global”ın məlumatına görə, vulkan 6 min illik fasilədən sonra püskürməyə başlayıb.

Dünən axşam saatlarında fəallaşan vulkanın kraterindən axan qaynar lava bir neçə kilometr diametrində ətrafa yayılıb.

Qeyd edək ki, İslandiyada son 3 gün ərzində 40 mindən çox yeraltı təkan qeydə alınıb.

Share: