İyunun 17-si qeyri-iş günüdür

15 iyun – Milli Qurtuluş günü şənbə gününə təsadüf etdiyi üçün bazar ertəsi qeyri-iş günüdür.

Milletinsesi.az xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən, bu il Milli Qurtuluş günü şənbə gününə təsadüf etdiyindən, iyunun 17-si qeyri-iş günü olacaq.

İyunun 26-sı isə Azərbaycan Silahlı Qüvvələri günü qeyd edildiyindən bu tarix də qeyri-iş günü hesab olunur.

 

Share: