Kəmaləddin Heydərov Rusiyadakı terror aktı ilə bağlı həmkarına başsağlığı verdi

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkova başsağlığı məktubu göndərib.

 

Bu barədə Modeator.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Məktubda Moskva vilayətindəki “Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və ağır fəsadlarla əlaqədər qarşı tərəfə başsağlığı çatdırılıb.

 

Nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

 

Mənbə

Share: